Real Mançester Sitinin yarımmüdafiəçisini transfer etməyə çalışır

Sayta qoyulub: 09:25 03.11.2018 (231 dəfə oxunub)

Mançester Sitinin yarımmüdafiəçisi Braim Dias Madrid Realının maraq dairəsinə düşüb.

 

Madridlilər İspaniyanın yeniyetmələrdən ibarət milli komandasının 19 yaşlı üzvünü mövsümün sonunda heyətə qatmaq fikrindədirlər. Həmin vaxt onun Mançester Siti ilə sözləşməsi bitəcək. İngiltərə təmsilçisi artıq neçə aydır ki, Diası müqaviləni uzatmaq üçün dilə tuturlar, lakin xavbek hələlik razılığa gəlmək fikrində deyil.

 

Qeyd edək ki, cümə axşamı İngiltərə liqa kubokunun Fulehmlə oyununda  (2:0) hər iki qolun müəllifi məhz Dias olub. 

XƏBƏR LENTİ