"Real"ın sabiq məşqçisi "Sportinq"də?

Sayta qoyulub: 08:26 02.11.2018 (219 dəfə oxunub)

"Real"ın sabiq məşqçisi və hazırda "Nottinqem Forest"də baş məşqçilik edən Aytor Karanka "Sportinq"də işləyə bilər.


45 yaşlı mütəxəssis klub rəhbərliyinin istefaya göndərməyə qərar verdiyi baş məşqçi Joze Pezeyrunu əvəzləməyə namizəddir.


Xatırladaq ki, A.Karanka 2010-2013-cü illərdə "Real"ın baş məşqçisi Joze Mourinyonun köməkçisi olub.


Qeyd edək ki,  "Qarabağ"ın Avroliqadakı rəqibi "Sportinq"in Portuqaliya Liqa Kubokunda "Eştoril"ə uduzmasından (1:2) sonra klub rəhbərliyi  J.Pezeyru ilə yolları ayırmaq qərarına gəlib.

 

"Real"ın sabiq məşqçisi "Sportinq"də?

 

 

 

 

qol.az

XƏBƏR LENTİ