Real və Yuventus futbolçularını dəyişdirmək istəyir

Sayta qoyulub: 12:29 01.11.2018 (323 dəfə oxunub)

 Tuttosport-un məlumatına görə Madrid Realı ilə Yuventus futbolçularını dəyişdirə bilər.


Məlumata görə Madriddən Turinə Marselo, əks istiqamətdə isə Aleks Sandro yollanmalıdır.Yuventus artıq uzun müddətdir ki, sol cinah müdafiəçinin yeni müqaviləsi ilə bağlı razılığa gələ bilmir. Sandronun sözləşməsi 2020-ci ildə bitəcək.


Bu dəyişikliyi daha çox Real istəyir. Bundan başqa madridlilər üstəlik pul da tələb edirlər.Xatırladaq ki, Marselonun dəyəri 60, Sandronun isə 45 milyon avrodur. Lakin digər tərəfdən Sandro həmyerlisindən 3 yaş cavandır. Əlavə edək ki, müdafiəçilərin məvacibində də fərq var. Belə ki, Marselonun illik qazancl 10 milyon avro olduğu təqdirdə , Sandro Yuventusda cəmi 2,7 milyon alır.

XƏBƏR LENTİ