Real Madrid klubunun baş məşqçi postuna əsas namizəd məlum oldu

Sayta qoyulub: 15:56 30.10.2018 (349 dəfə oxunub)

Tottenhemin baş məşqçisi Maurisio Pokettino Realı çalışdıra bilər. The Sun-ın məlumatına görə 46 yaşlı mütəxəssis bu posta əsas namizəd sayılır.

 

Xatırladaq ki, Xulyen Lopeteginin istefaya göndərilməsindən sonra müvəqqəti olaraq onun funksiyasını Santyaqo Solari icra edir.

 

İspaniya çempionatında 10 turdan sonra Madrid klubu 9-cu yerdədir.

 

Tottenhem isə hazırda İngiltərə premyer liqasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏR LENTİ