Real Kolumbiya millisinin üzvünü transfer etmək istəyir

Sayta qoyulub: 19:06 27.10.2018 (200 dəfə oxunub)

Boka Xuniorsun futbolçusu Vilmar Barrios karyerasını Avropada davam etdirə bilər.

 

Kolumbiya millisinin yarımmüdafiəçisini Madrid Realı transfer etmək istəyir.Klubun skautu futbolçunu Argentinada diqqətlə izləyir və onun haqqında yüksək fikirdədir.

 

Barriosun müqaviləsində 24 milyon avroya transfer edilə biləcəyi ilə bağlı bənd var. Yayda onunla İPL klubu maraqlansa da transfer gerçəkləşməmişdi.

 

Xatırladaq ki, son mundialda 25 yaşlı futbolçu Kolumbiya millisinin heyətində 3 oyun keçirmişdi.

XƏBƏR LENTİ