"Qarabağ"a gəlməyən 2,5 milyon avroluq hücumçu

Sayta qoyulub: 11:46 24.10.2018 (246 dəfə oxunub)

 

"Qarabağ"a gəlməyən 2,5 milyon avroluq hücumçu

 

"Qarabağ" yay transfer pəncərəsində Donetsk "Şaxtyor"un hücumçusu Qustavo Blankonu heyətinə qatmaq istəyib.

Bu barədə Argentina mətbuatı məlumat yayıb. 26 yaşlı forvard "Qarabağ", "Sportinq” (Xixon), "Malyorka”,"Srvena Zvezda” və Sofiya ÇSKA-sından da təklif alıb. Lakin Donetsk təmsilçisi argentinalı futbolçunu İspaniya Sequndasında mübarizə aparan "Malaqa"ya 1 illik icarəyə verib. "Malaqa" Qustavonu 2,5 milyon avro ödəyərək, birdəfəlik transfer edə bilər. Qeyd edək ki, Qustavo ölkəsində "Arsenal Sarandi" klubunun yetirməsidir. Blanko 2017-ci ildə "Karpatı"dan "Şaxtyor"a keçib.

XƏBƏR LENTİ