El Klasiko öncəsi Real vacib futbolçusunu itirdi

Sayta qoyulub: 07:27 24.10.2018 (195 dəfə oxunub)

Madrid Realının futbolçusu Marselo Viktoriya Plzenlə qarşılaşmada (2:1) zədə alıb.

 

Braziliyalı müdafiəçi həkimlərin müşayiətilə matçın sonlarında meydanı tərk etmək məcburiyyətində qalıb. Həmin vaxta qədər madridlilər dəyişiklik limitini doldurduğuna görə oyunu 10 nəfərlə tamamlayıblar.

 

Marselonun zədəsinin dərəcəsi və ciddiliyi bu gün məlum olacaq. Xatırladaq ki, Realı həftə sonu Barselona ilə oyun gözləyir.

XƏBƏR LENTİ