Elşad Əhmədov: “Rəqib azlıqda qalmasaydı, daha maraqlı oynayardıq”

Sayta qoyulub: 20:05 21.10.2018 (66 dəfə oxunub)

Elşad Əhmədov: “Rəqib azlıqda qalmasaydı, daha maraqlı oynayardıq”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer  Liqasının 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyununu şərh edib. O, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

 

- Oyunun gərgin keçəcəyini gözləyirdik. Rəqib hardasa ikinci hissədə bizi üstələdi. Hərçənd, azlıqda oynayırdı. Nazim Süleymanov yaxşı komanda qurub. Futbolçularımız xarakter, mübarizlik göstərdilər və qələbə çaldılar. Buna görə onları təbrik edirəm. 

 

- Rəqibin üstünlüyü 60-cı dəqiqədən sonra özünü göstərdi. Komandada yorğunluq vardı, hərəkətsizlik vardı. Bu, nəylə bağlı idi?
- Yetirmələrimdə bu həyəcan vardı ki, qol buraxmasınlar. 

 

- Aldığınız 4 sarı vərəqə də bunun nəticəsi idi?
- Bu da revanş hissiylə bağlı oldu. Çox sarı vərəqə aldıq.

 

- Vurğun Hüseynov olmasaydı, "Sumqayıt" daha üstün oynayardı. Bunu düşündünüzmü?
- Elə düşünmürəm. 11-11-ə oynasaydıq, futbolçularımız daha maraqlı oynayırdılar. 

 

- Bəxtiyar Soltanov ötən mövsüm "Xəzər"də I divizionda komandanızın kapitanı, lideri idi. Ancaq indi sonradan meydana girir, qaça bilmir. Doğrudanmı, çempionatlara arasında səviyyə fərqi belə böyükdü, yoxsa problem futbolçudadı?
- Bu iki liqa arasında səviyyə fərqi həqiqətən böyükdü. Bəxtiyarı özüm tanıya bilmədim ki, bir neçə epiozdda Yusif Nəbiyevi necə üstələyə bilmədi. Halbuki, Soltanov sürətli futbolçudu, bundan faydalana bilmədi. 

XƏBƏR LENTİ