"Keşlə" "Zirə"yə, "Sabah" "Sumqayıt"a qalib gəldi

Sayta qoyulub: 19:36 21.10.2018 (71 dəfə oxunub)

"Keşlə" "Zirə"yə, "Sabah" "Sumqayıt"a qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 8-ci tura yekun vurulub. Son oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında “Sumqayıt” “Sabah”ı qəbul edib. Oyun qonaqların 1-0 hesablı qələbəsiylə yekunlaşıb. Turun son oyununda “Keşlə” doğma meydanda özündən “Zirə”ni sınağa çəkib. Meydan sahibləri 1-0 hesabı ilə qalib gələrək, cari mövsümdə ilk qələbəsini qazanıb.

 

17:00 “Sumqayıt” – “Sabah” - 0:1

Qol: Miloş Bosançiç, 36

Qırmızı vərəqə: Vurğun Hüseynov, 15 ("Sumqayıt")

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

"Bayıl Arena"

 

19:00 “Keşlə” – “Zirə” - 1:0

Qol: Denis Silva, 2

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu

Hakim-inspektor: Əli Hüseynov

AFFA nümayəndəsi: Erkin Hüseynov

"ASK Arena"

XƏBƏR LENTİ