Zirə və Sumqayıt stadionlarının açılışı gələn ilə qaldı

Sayta qoyulub: 15:38 21.10.2018 (87 dəfə oxunub)

Zirə və Sumqayıt stadionlarının açılışı gələn ilə qaldı
 

Bildiyiniz kimi, “Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena” və “Zirə”nin ev oyunlarını keçirdiyi Zirə qəsəbə stadionu təmirə bağlanıb. Ot örtüyü dəyişdirilən stadionların tribunalarında, eləcə də digər otaqlarında yenidənqurma işləri aparılır.  Ehtimal var ki, “Kapital Bank Arena”da yeni bir tribuna istifadəyə verilsin. Düzdür, hazırda stadionlara yeni ot səpilib. Amma bu o demək deyil ki, komandalar tezliklə rəqiblərini öz evlərində qəbul edəcəklər. Bizdə olan məlumata görə, hər iki stadionda oyunların keçirilməsinə qış fasiləsindən sonra icazə veriləcək.  Qeyd edək ki, evsiz qalan hər iki komanda qonaqlarını “Dalğa Arena”, "Bayıl Arena", "AZAL Arena" stadionunda qəbul edir. 

XƏBƏR LENTİ