Ronaldodan rekord göstərici

Sayta qoyulub: 09:04 21.10.2018 (179 dəfə oxunub)

Yuventusun futbolçusu Kriştiano Ronaldo Cenoa ilə qarşılaşmada fərqlənə bilib (1:1).

 

33 yaşlı portuqaliyalı üçün bu Avropanın top-5 ölkə çempionatlarında vurduğu 400-cü qol olub: Mançester Yunayteddə 84, Madrid Realında 311 və Yuventusda 5 qol. Beləliklə Ronaldo bu göstəriciyə çatan tarixdə ilk futbolçu olub.

 

Hazırda 2-ci yerdə Barselonadan Lionel Messi (389), ondan sonra isə Cimmi Qrivz (366), Herd Müller (365), Stiv Mlümer (317) və Diksi Din (310) qərarlaşıb.

XƏBƏR LENTİ