"Qarabağ"a texniki məğlubiyyət veriləcək!

Sayta qoyulub: 21:29 20.10.2018 (143 dəfə oxunub)

"Qarabağ"a texniki məğlubiyyət veriləcək!

Topaz Premyer Liqasının VIII turunda doğma meydanda "Səbail"lə qarşılaşan "Qarabağ" bu oyundan qalib ayrılsa da, komandaya texniki məğlubiyyət veriləcək. Buna Ağdam klubunun oyunun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxması səbəb olub. Qarşılaşmanın son dəqiqələrində kapitan Rəşad Sadıqovun əvəzində meydana daxil olan cinah müdafiəçisi Abbas Hüseynovun adı matçın protokoluna daxil edilməyib. Bu, məşqçilər korpusunun diqqətindən yayınıb və o, meydana buraxılıb.

Qarşıdakı günlərdə keçiriləcək AFFA İntizam Komitəsinin iclasında Ağdam klubuna texniki məğlubuyyətin verilməsi rəsmiləşəcək.

Qeyd edək ki, az öncə başa çatan qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏR LENTİ