Remzi "Arsenal"dan gedir? - Unay Emeridən açıqlama

Sayta qoyulub: 08:30 20.10.2018 (126 dəfə oxunub)

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın baş məşqçisi Unay Emeri futbolçusu Aaron Remzinin yanvarda London klubundan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.


Bununla bağlı o deyib: "Yanvara hələ kifayət qədər vaxt var. Mən ilk növbədə oyun haqda düşünürəm. Remzinin mənə başqa futbolçular kimi oyunu lazımdır. Onunla bağlı heç nə dəyişməyəcək. Ya start heyətdə, ya da ehtiyatda olacaq. Remzi meydana istəklə çıxmalıdır".


Qeyd edək ki, A.Remzi 2019-cu ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzatmayacağını açıqlayıb.

 

 

Remzi "Arsenal"dan gedir? - Unay Emeridən açıqlama

 

 

 

qol.az

XƏBƏR LENTİ