Həndbol üzrə dünya çempionatlarında iştirak edəcək komandaların sayı artırılıb

Sayta qoyulub: 14:44 19.10.2018 (77 dəfə oxunub)

Beynəlxalq Həndbol Federasiyası (IHF) Şurası kişi və qadınlar arasında keçiriləcək dünya çempionatlarında komandaların sayını artırmaq qərarına gəlib. 

Qərar IHF-nin Qətərin paytaxtı Dohada təşkil olunan Konqresində qəbul olunub. Dünya çempionatında iştirak edəcək komandaların sayı 24-dən 32-yə yüksəldilib. 

Qeyd edək ki, bu qərar 2021-ci ildən qüvvəyə minəcək. Həmin il kişilər arasında dünya çempionatı Misirdə, qadınların mundialı isə İspaniyada keçiriləcək. Kişilər üçün əlamətdar yarış 1938-ci ildən, qadınlarda isə 1957-ci ildən bəri keçirilir. 

 

 

 

 

 

 

 

"Report"

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ