"Real"ın zədəli futbolçuları qayıtdı

Sayta qoyulub: 09:27 19.10.2018 (123 dəfə oxunub)

"Real"ın futbolçuları Marselo, Benzema, Marko Asensio, Qaret Beyl və Xesus Valyeho zədələrini sağaldıblar.


Onlar komanda ilə ümumi məşqlərə qayıdıblar. Həmçinin kor bağırsağından əməliyyat olan İsko da məşqlərdə iştirak edib. 


Adları qeyd olunan futbolçuların La Liqanın 9-cu turunda "Levante" ilə görüşdə oynaya biləcəyi vurğulanıb.


Xatırladaq ki, "Real" - "Levante" görüşü sabah keçiriləcək.

 

 

"Real"ın zədəli futbolçuları qayıtdı

 

 

 

 

 

qol.az

XƏBƏR LENTİ