Bernard İPL-də 1-cidir

Sayta qoyulub: 09:02 19.10.2018 (104 dəfə oxunub)

Evertonun yarımmüdafiəçisi Bernard bu mövsüm İPL-də qol vəziyyətlərinin yaradılmasına görə birinci yerdədir. Buraya standard vəziyyətlər daxil edilməyib.

 

90 dəqiqə ərzində braziliyalı futbolçu komanda yoldaşları üçün orta hesabla 3,9 dəfə qapıya zərbə vurmaq şansı yaradır.

 

2-ci yerdə Vulverhemptonun xavbeki Adam Traoredir (3,7), üçlüyün son pilləsində isə Mançester Sitidən David Silva var (3,5).

 

İPL-in 5 oyununda Bernard 1 qol ötürməsiylə yadda qalıb.

 

Xatırladaq ki, yayda Evertona Bernard Şaxtyordan azad agent kimi keçib.

XƏBƏR LENTİ