FIDE eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyub

Sayta qoyulub: 08:20 19.10.2018 (72 dəfə oxunub)

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Nizamnaməsinə dəyişiklik edilib. 

Bundan sonra eyni şəxs iki dəfədən artıq Federasiyanın prezidenti seçilə bilməyəcək.

Qərar FIDE-nin Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında qəbul olunub.

Qeyd edək ki, FIDE prezidenti hər dörd ildən bir seçilir. Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç oktyabrın 3-də FIDE-nin yeni prezidenti seçilib. Onun sələfi Kirsan İlümjinov 1995-ci ilin noyabrından bu postda çalışıb və qurumun Etika Komitəsi tərəfindən 2018-ci il iyulun 13-də vəzifəsindən kənarlaşdırılıb.

 

 

 

 

 

 

"Report"

XƏBƏR LENTİ