Neymar 220 milyon avro qarşılığında Fransa klubundan ayrıla bilər

Sayta qoyulub: 08:19 19.10.2018 (181 dəfə oxunub)

Fransanın PSJ klubu 2019-cu ilin yayında futbolçusu Neymar ilə yollarını ayıra bilər.

Bu transfer Paris təmsilçisinin 26 yaşlı hücumçunun satışından 220 milyon avro əldə edəcəyi təqdirdə, reallaşacaq.

Nəşrdə bildirilir ki, artıq PSJ-nın prezidenti Nasser Əl-Xelaifi ilə Neymar arasında razılıq əldə olunub.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından PSJ-yə keçib. Neymar Fransa klubunun heyətində 41 oyuna 39 qol vurub. 

 

 

 

 

 

 

"Report"

XƏBƏR LENTİ