Voleybol millimizin üzvləri Finlandiya klubunda

Sayta qoyulub: 09:58 18.10.2018 (85 dəfə oxunub)

 

Voleybol millimizin üzvləri Finlandiya klubunda

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin daha iki üzvünün yeni komandası bəlli olub. Yığmamızın toppaylayıcısı Kristina Yaqubova və blokçumuz Kseniya Pavlenko karyeralarını ölkə xaricində davam etdirəcəklər. 

Voleybolçularımız 2018/19 illər mövsümündə Finlandiyanın "LP Viesti" klubunun şərəfini qoruyacaqlar. Yığmamızın üzvləri ən azı bir il bu komandanın uğurları üçün çalışacaqlar. 

 

Yaqubova və Pavlenko "LP Viesti"nin sabah baş tutacaq oyununda meydana çıxmayacaq. Onların oktyabrın 22-də keçiriləcək növbəti görüşdə çıxış edəcəkləri nəzərdə tutulur.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ