Arsen Venger məşqçiliyə qayıdacağı tarixi açıqlayıb

Sayta qoyulub: 08:20 18.10.2018 (121 dəfə oxunub)

İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger məşqçiliyə qayıdacağı tarixi açıqlayıb.

O bu barədə “Bild”ə bildirib.

68 yaşlı mütəxəssis 2019-cu ilin yanvarında yenidən işə dönmək niyyətində olduğunu söyləyib. Fransalı məşqçi yetərincə dincəldiyini və artıq işə qayıtmağın vaxtı olduğunu vurğulayıb: “Düşünürəm ki, yanvarın 1-dən yenidən fəaliyyətə başlayacağam. Yaxşı istirahət etdim. İndi isə yenidən işləmək vaxtıdır”.

A.Venger “Arsenal” klubunun və Almaniya millisinin üzvü Mesut Özilin millidəki karyerası ilə bağlı da fikirlərini bölüşüb: “Almaniya millisinin hələ də Özilə ehtiyacı olduğuna inanıram. Fikrimcə, Löv onunla razılıq əldə edib milli komandaya geri qaytara bilər. Milli komandada iştirak etmək oyunçulara əlavə motivasiya verir. Futbolçular dünya və Avropa çempionatında iştirak etməyəcəklərini biləndə motivasiyasız olurlar. Ona görə də Özilin də yenidən yığmaya qayıtmasının onun özü üçün də yaxşı olacağını düşünürəm”.

Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illər ərzində "Arsenal"ın baş məşqçisi vəzifəsində çalışıb

 

 

 

 

 

 

“Report” 

XƏBƏR LENTİ