KİV: "Real Madrid" Konte ilə danışıqlara başlayıb

Sayta qoyulub: 08:16 18.10.2018 (127 dəfə oxunub)

İspaniyanın "Real Madrid" klubunun rəhbərliyi İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" futbol komandalarının sabiq baş məşqçisi Antonio Konte ilə ciddi maraqlanır. 

Artıq italiyalı mütəxəssislə danışıqların ilkin mərhələsi oktyabrın 15-də gerçəkləşib. Hazırda təmaslar davam edir. 

"Kral klubu" İspaniya çempionatında ardıcıl 3 oyundur qalib gələ bilmir. Madrid təmsilçisi 8 turdan sonra 4-cü yerdədir və lider "Sevilya"dan 2 xal geridədir. 

Qeyd edək ki, "Real Madrid"ə iyunun 15-dən rəhbərik edən hazırkı baş məşqçi Xulen Lopetegi 2018-ci il dünya çempionatı ərəfəsində İspaniya yığmasından qalmaqalla ayrılıb. Onun "kral klubu"ndakı taleyinə oktyabrın 28-də "Barselona" ilə La Liqa matçından sonra aydınlıq gələcəyi bildirilir. 

 

 

 

 

 

 

"Report"

XƏBƏR LENTİ