Rüfət Dadaşov: “Azərbaycan millisində demək olar ki, bütün futbolçular rusca danışır”

Sayta qoyulub: 12:23 17.10.2018 (129 dəfə oxunub)

Rüfət Dadaşov: “Azərbaycan millisində demək olar ki, bütün futbolçular rusca danışır”

Millimizin və "Proyssen"in futbolçusu Rüfət Dadaşov Almaniya mətbuatına müsahibə verib. O, millidəki oyunlarından da danışıb.

- Hələ də yorğunsunuz?

 

- Bəli, bir az.

- Siz dünən Bakıdan qayıtdınız?

- Düzdür, Mən əvvəlcə Frankfurta uçdum, sonra Münsetrə. 14:30-da qayıtdım və dərhal diş həkiminə getdim.

- Və sonra məşqlərə. Daha bir gün istirahət edə bilməzdiniz?

- Xeyr. Mən səbirsizliklə klubda məşqləri gözləyirdim.

- Azərbaycan millisinə qayıdışınıza necə reaksiya verdilər?

- İndiyə kimi məşqçilərdən və oyunçulardan müsbət rəylər aldım. Mən də razıyam. Əlbəttə, Malta ilə 1:1 hesablı bərabərliyə təəssüfləndim. Əgər biz şanslardan istifadə etsəydik...

- Biz?

- Bəli, şəxsən mən də. Epizodların birində top iki metrdən qapıdan aralı keçdi. Topun qapıya girməməsi məni narahat edir. Biz birinci yer üçün mübarizəni davam etdiririk.

- Geri dönmək necə duyğudur? Komanda ilə hansı dildə danışırdın?

- Əsasən, rucsa. Komandada demək olar ki, bütün futbolçular bu dildə bilirlər. Hətta məşqçi də demək olar ki, rus dilində danışır. Amma Dmitri Nazarova görə alman dilindən tərcüməçi də var.

- Nazarov 2013-cü ildə "Proyssen"də oynayıb. Onunla bu klub haqda danışdınız?

- Bəl, bir az. O deyib ki, bu klubda çox şey dəyişib.

- Siz hər iki matçda 90 dəqiqə oynadınız. Bu əvvəlcədən razılaşdırılmışdı?

- Xeyr. Mən ümid edirdim ki, hansısa vaxt oynayacam. Məncə pis oynamadım. İnanıram ki, yenidən milliyə çağırılacağam.

- Növbəti oyunlar üçün dəvət nə vaxt gəlir?

- Oyunlardan iki həftə əvvəl olacağını düşünürəm.

- Himni oxudunuz?

- Xeyr. Amma bunun üzərində işləyirəm.

- Farer adaları ilə oyununuza baxaraq donmaq mümkün idi.

- Bu həqiqətən də ağılsızlıq idi. Biz süni örtükdə oynayırdıq. Hava isə şaxtalı və yağışlı idi.

- Bakıda havanın isti olması doğrudur?

- Bəli.

- Oyunlardan əvvəl Azərbaycanda jurnalistlər sizinlə danışmaq istədi. Amma siz bunu rədd etdiniz. Niyə?

- Oyundan əvvəl çox danışmaq istəmədim.  Matça köklənmək istədim. Dəvətdən şad oldum.

- Azərbaycan üçün qol vurmadınız. Amma klubla matçda fərqlənməlisiniz. Bu sizin üçün təzyiq deyil?

- Düzdür. Amma qol vuracağımı düşünürəm.

- Bəs qol vurmasanız?

- Qələbə qazansaq, hər şey yolunda olacaq.

XƏBƏR LENTİ