Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin Kriştianu da möhtəşəmdir

Sayta qoyulub: 07:37 17.10.2018 (124 dəfə oxunub)

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Pol Skoulz hazırda hansı klub və oyunçuları bəyəndiyini açıqlayıb.

O, ən sevimli klubunun elə "MY" olduğunu dilə gətirib.

"Real", "Barselona", "Mançester Siti" və "Liverpul"un oyunlarına baxmaq xoşuma gəlir. Lakin mən onların yerinə "Mançester Yunayted" demək istərdim", - deyə o bildirib.

Pol Skoulz futbolçulardan Modriç, Kroos və Messinin yaxşı təsir bağışladığını qeyd edib:

"Mən "Uembli"də "Tottenhem"lə qarşılaşmada Messinin oyununu izlədim. Və matçdan sonra Messi və Ronaldunun müqayisəsi haqda düşündüm.

Onlardan hansı daha yaxşıdır? Messi. Lakin Ronaldu da möhtəşəmdir. Kriştianu etdiyi hər bir şeyə müvəffəqiyyətlə nail olur. O sürətli və güclüdür. Ronaldu qollar vurur, cərimə zərbələrini qola çevirir. Lakin Messi daha hərtərəfl futbolçudur. Onun ötürmələri — vay! O, futbolda hər şeyə qadirdir".

 

 

 

 

 

 

 

"Report" 

XƏBƏR LENTİ