"Sumqayıt" bu futbolçunu qova bilər

Sayta qoyulub: 18:58 16.10.2018 (124 dəfə oxunub)

"Sumqayıt" bu futbolçunu qova bilər
 

“Sumqayıt” klubunun baş məşqçisi Nazim Süleymanov klubun gənc oyunçusu Xəyal Nəcəfovu siyahıdan silib. İntizamsızlığına görə bir dəfə “Sumqayıt”ın sabiq baş məşqçisi Samir Abasov tərəfindən cəzalandırılan və U-21 millisinin çalışdırıcılarından xəbərdarlıq alan Nəcəfov bu dəfə Süleymanovun qəzəbinə tuş gəlib. Azərbaycan futbolunun canlı əfsanəsi Süleymanov gənc yarımmüdafiəçini ikinci komandaya göndərib və onu geri qaytarmaq fikrində deyil. Bizdə olan məlumata görə, ikinci komanda da gözə dəyməyən Nəcəfov qışda klubdan birdəflik göndəriləcək. 

XƏBƏR LENTİ