"Başakşehir"dən Ardaya ağır cəza

Sayta qoyulub: 18:55 16.10.2018 (161 dəfə oxunub)

"Başakşehir"dən Ardaya ağır cəza
 

"Başakşəhər" gecə klubunda müğənni Berkay Şahinin burnunu qıran Arda Turanı cəzalandırıb. 31 yaşlı yarımmüdafiəçi İstanbul klubu tərəfindən 2 milyon 500 min türk lirəsi məbləğində cərimə olunub. Məsələnin məhkəməyə getməsi klubu bu addımı atmasına gətirib çıxarıb. Məlumatda qeyd edilib ki, məhkəmənin qərarına kimi, Arda klubun heyətində peşəkar vəzifəsini davam etdirəcək.

Arda Turanla bağlı cinsi təzavüz, qəsdən sağlamlığa zərər vurma, qanunsuz silah gəzdirmə, qəsdən yaralama ittihamı ilə futbolçuya qarşı cinayət işi açıb. İstanbul Cümhuriyyət Prokurorluğu futbolçunun 12,5 ilədək həbs olunması istəyi ilə iddia qaldırıb.

Qeyd edək ki, Arda Turan gecə klubunda Berkay Şahinin xanımı Özlem Şahinlə sataşdığı üçün qalmaqal baş verib. Müğənni Ardanın hərəkətlərinə dözməyib. O, Ardanın xanımının yanından ayrılmasını istəsə də, futbolçu qolunun gücünü işə salıb və kəllə ilə Berkayın burnunu qırıb. Xəstəxanaya aparılan sənət adamı əməliyyat edilib. Arda Turanın isə əsəbi soyumayıb və xəstəxanaya gedərək, odlu silahdan palatada göyə atəş açıb.

XƏBƏR LENTİ