"Qarabağ" 3 itki ilə hazırlaşır

Sayta qoyulub: 18:48 16.10.2018 (128 dəfə oxunub)

Topaz Premyer Liqanın 8-ci turunda "Səbail"lə qarşılaşacaq "Qarabağ" bu oyunun hazırlıqlarını davam etdirir. Komanda bir günlük istirahətin ardından bu gün çalışmaları bərpa edib. Ağdam təmsilçinin bugünkü məşqi təxminən 1 saat davam edib. Futbolçular yüngül toplu çalışmalarla hazırlığı başa vurub. Milli komandada olan futbolçular da komandaya qoşulub. İslandiya millisinə dəvət alan qapıçı Hannes Halldorsson bu gün Bakıya gələcək. Bolqarıstan və Konqo yığmalarında yer alan iki futbolçu - Simeon Slavçev və Con Delarj isə bu gün keçirilən oyunlardan sonra ölkəmizə qayıdacaq.

XƏBƏR LENTİ