"Keşlə" 2 legioneri ilə yolları ayırır

Sayta qoyulub: 18:02 16.10.2018 (116 dəfə oxunub)

"Keşlə" 2 legioneri ilə yolları ayırır

Mövsümə uğursuz başlayan "Keşlə" 7 turdan sonra qələbə üzünə həsrət qalıb. Hücum xəttində sıxıntılar yaşayan paytaxt təmsilçisi son olaraq, Türkiyə I Liqa təmsilçisi "Samsunspor"da çıxış etmiş Toqo millisinin 33 yaşlı forvardı Eite Conatanı rənglərinə bağladı. "Keşlə" 2 hücumçusu - Andre Klennon və Bahodir Nasimovla yolları ayırmaq qərarına gəlib. Onlara ən gec qış fasiləsində qapı göstəriləcək. "Neftçi"nin heyətində çempionatımızda uğurlu çıxış edən özbəkistanlı hücumçu Nasimovun ölkəmizə qayıdışı uğursuz alındı.

XƏBƏR LENTİ