Moreno yayda Liverpulu tərk edəcək

Sayta qoyulub: 08:53 16.10.2018 (122 dəfə oxunub)

Liverpulun müdafiəçisi Alberto Moreno böyük ehtimalla yayda komandasını dəyişəcək.

 

Mersisaydlar 26 yaşlı futbolçunun müqaviləsinin artırılmasında maraqlı deyillər. Bu səbəbdən də yayda futbolçu azad agent kimi klubu tərk etməlidir.

 

Bu mövsüm onunyalnız İngiltərə liqa kubokunda Çelsi (1:2) ilə qarşılaşmada meydana çıxdığını qeyd etmək lazımdır. Moreno Endrü Robertsona rəqabəti uduzub.

 

Böyük ehtimalla onun gedişindən sonra 18 yaşlı Adam Lüisin əsas heyətdə möhkəmlənmə şansı artacaq.

XƏBƏR LENTİ