Bu gün UEFA Millətlər Liqasında IV tura yekun vurulacaq

Sayta qoyulub: 08:10 16.10.2018 (96 dəfə oxunub)

Bu gün UEFA Millətlər Liqasında IV tura yekun vurulacaq.

Sonuncu oyun günündə A Liqasında 1, B və C Liqalarında 2, D Liqasında isə 4 matç olmaqla, ümumilikdə 9 qarşılaşma baş tutacaq.

Günün ən maraqla gözlənilən oyunu A Liqasında təşkil olunacaq. Son dünya çempionu Fransa evdə Almaniyanı qəbul edəcək. Qonaqlar bu matçda məğlub olacağı təqdirdə növbəti mərhələ şanslarını itirəcəklər.

B Liqasında keçiriləcək Ukrayna - Çexiya və İrlandiya - Uels matçları xüsusi önəm kəsb edəcək. 1-ci qrupda Ukrayna qələbə qazanacağı təqdirdə növbəti mərhələni rəsmiləşdirəcək. 4-cü qrupda isə İrlandiya məğlub olsa, sonrakı mərhələdən məhrum olacaq.

16 oktyabr

Millətlər Liqası

IV tur

A liqası

1-ci qrup

22:45. Fransa - Almaniya

Xal durumu: Fransa - 4 xal (2 oyun), Hollandiya - 3 (2), Almaniya - 1 (2)

B Liqası

1-ci qrup

22:45. Ukrayna - Çexiya

Xal durumu: Ukrayna - 6 xal (2 oyun), Çexiya - 3 (2), Slovakiya - 0 (2)

4-cü qrup

22:45. İrlandiya - Uels

Xal durumu: Danimarka - 4 xal (2 oyuna), Uels - 3 (2), İrlandiya - 1 (2)

C Liqası

3-cü qrup

22:45. Norveç - Bolqarıstan

22:45. Sloveniya - Kipr

Xal durumu: Bolqarıstan - 9 xal (3 oyun), Norveç - 6 (3), Kipr - 3 (3), Sloveniya - 0 (3)


D Liqası

1-ci qrup

18:00. Qazaxıstan - Andorra

22:45. Latviya - Gürcüstan

Xal durumu: Gürcüstan - 9 xal (3 oyuna), Andorra - 2 (3), Latviya - 2 (3), Qazaxıstan - 2 (3)

4-cü qrup

20:00. Ermənistan - Makedoniya

22:45. Cəbəllütariq - Lixtenşteyn

Xal durumu: Makedoniya - 9 xal (3 oyun), Ermənistan - 3 (3), Lixtenşteyn - 3 (3), Cəbəllütariq - 3 (3). 

 

 

 

 

 

 

 

 

"Report" 

XƏBƏR LENTİ