Kadırov cəzalanmış futbolçuları "Axmat"a gətirmək istəyir

Sayta qoyulub: 21:05 14.10.2018 (122 dəfə oxunub)

Kadırov cəzalanmış futbolçuları "Axmat"a gətirmək istəyir

Çeçenistanın prezidenti Ramzan Kadırov bir neçə gün öncə törətdikləri cinayət əməlinə görə həbs olunan futbolçular – Aleksandr Kokorin və Pavel Mamayevlə bağlı təklif irəli sürüb. O, istintaqın nəticəsindən asılı olmayaraq, “Axmat” klubunun hər iki oyunçunu heyətinə qatmağa hazır olduğunu bildirib. Kadırov bu yolla həm onların futbolsuz qalmamasını təmin etmək, həm də futbolçulara tərbiyə verməyin mümkün olduğunu söyləyib:

“Pavel Mamayev və Aleksandr Kokorin idmançıya yaraşmayan hərəkətlərlə gündəmə gəldilər. Onların hərəkətinə haqq qazandırmıram. Bu işlərlə istintaq və məhkəmə məşğul olur. “Axmat” klubunun rəhbərliyi ilə məsləhətləşdim, biz istənilən halda, futbolçular azadlığa buraxıldıqdan sonra onları komandada işlə təmin etməyə hazırıq”.

Çeçenistan rəhbəri bildirib ki, o, futbolçulardan yüksək səviyyədə oyun göstərmələrini gözləmir. Burada məqsəd gənc insanlara normal həyatlarına qayıtmaqda və uyğunlaşma dövrünü ağrısız keçməkdə kömək olmaqdır: “Futbolçulara təkcə oyun üslubunu aşılamaq, qol vurmaq, hücumların qarşısını almaq yollarını öyrətmək yox, həm də onları tərbiyə etmək, məşhurluğun qanunları pozmaq üçün əsas olmadığını, əksinə, bunun məsuliyyəti daha da artığını başa salmaq lazımdır”.

Qeyd edək ki, bir neçə gün öncə Moskvada sürücünü, bundan başqa, kafelərdən birində dövlət məmurlarını döyməkdə təqsirli bilinən Kokorinlə Mamayevin barəsində istintaq işi yekunlaşana qədər həbs qətimkan tədbiri seçilib. Günahları sübuta yetirələcəyi təqdirdə, onları 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

XƏBƏR LENTİ