AFFA bu şirkətlə əməkdaşlıq müqaviləsi imzaladı

Sayta qoyulub: 20:40 14.10.2018 (97 dəfə oxunub)

Bu gün AFFA ilə Türkiyənin məşhur geyim brendi D’S Damat arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. 
 
Bakı Olimpiya Stadionunda təşkil olunmuş mərasimdə müqaviləni AFFA-nın baş katibi Elxan Məmmədov və D’S Damat şirkətinin idarə heyətinin sədri Süleyman Orakçıoğlu imzalayıb.

Müqavilənin şərtlərinə əsasən, D`S Damat şirkətinə Azərbaycan milli komandasının iştirak etdiyi UEFA Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələsinin ev oyunlarında marketinq hüquqları təqdim olunur. Həmçinin D’S Damat milli komandanın üzvlərini və AFFA-nın əməkdaşlarını kostyumlarla təmin edəcək.

AFFA-nın baş katibi Elxan Məmmədov sponsorluq müqaviləsi ilə bağlı fikirlərini bildirib: "Azərbaycan Futbol Federasiyaları Assosiasiyası müxtəlif tanınmış şirkətlərlə əməkdaşlığını davam etdirir. Sevindirici haldır ki, tərəfdaşlarımızın sırasına bu gün daha bir tanınmış şirkət əlavə olundu və imzaladığımız sponsorluq müqaviləsi ilə əməkdaşlığımızı rəsmiləşdirdik. AFFA ilə D’S Damat şirkətinin qarşlıqlı əməkdaşlığının hər iki tərəf üçün faydalı olacağına ümid edirik. Sponsorluq müqaviləsi sayəsində milli komandanın üzvləri meydandan kənarda D’S Damat şirkətinin müasir dəbli və eleqant geyimlərindən istifadə edəcək, qarşılıqlı olaraq, D’S Damat şirkətinə millinin rəsmi oyunları zamanı marketinq hüquqları təmin olunacaq. Bu gün imzalanmış sponsorluq müqaviləsi münasibətilə AFFA və D’S Damat şirkətini bir daha təbrik edirəm".

"Türkiyə milli komandası ilə birlikdə Türkiyə Super liqasından "Fənərbaxça", "Trabzonspor", "Bursaspor "və "Ankaragücü" klublarına verdiyimiz dəstəyi ölkə xaricində də davam etdiririk. Xüsusilə də, qardaş ölkəmiz Azərbaycanın milli komandasına sponsor olmağımıza çox şadam. AFFA-ya və futbol üzrə Azərbaycan milli komandalarına uğurlar arzulayıram. Türkiyədə və dünyada idmana və idmançılara dəstəyimizi davam etdirəcəyik”, - deyə, D’S Damat şirkətinin idarə heyətinin sədri Süleyman Orakçıoğlu bildirib.

2002-ci ildən etibarən D’S Damat kişi geyim bazarının lideri olmaqla bərabər, rəqabətədavamlı qiymətlər ilə keyfiyyət, rahatlıq və dizayn təqdim edir. D’S Damat 100 faiz yerli parçalardan hazırlanan geniş və dünya standartlarına uyğun olan kolleksiyaları, yüksək uyğunluğa malik texnologiya ilə rahatlığı birləşdirən dizaynları ilə dünyanın ən çox danışılan brendinlərindən birinə çevrilmişdir.
D’S Damat dünya üzrə 200 dən çox mağazası ilə kişi geyimlərində vərdişləri dəyişməyə davam edir.
 
AFFA bu şirkətlə əməkdaşlıq müqaviləsi imzaladı
AFFA bu şirkətlə əməkdaşlıq müqaviləsi imzaladı
AFFA bu şirkətlə əməkdaşlıq müqaviləsi imzaladı
AFFA bu şirkətlə əməkdaşlıq müqaviləsi imzaladı
AFFA bu şirkətlə əməkdaşlıq müqaviləsi imzaladı
 

XƏBƏR LENTİ