"Qarabağ" - "Vorskla" oyununa neçə bilet satılıb?

Sayta qoyulub: 18:08 14.10.2018 (125 dəfə oxunub)

"Qarabağ" - "Vorskla" oyununa neçə bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyununa bilet satışı davam edir.

Qarşılaşmaya 5 min bilet satılıb. Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür. Biletlərin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir. Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” matçı 20:55-də başlayacaq.

XƏBƏR LENTİ