"Qəbələ" "Səbail"ə qalib gəldi

Sayta qoyulub: 09:45 14.10.2018 (84 dəfə oxunub)

"Qəbələ" "Səbail"ə qalib gəldi
 

Futbol üzrə milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Qəbələ” ilə “Səbail” yoxlama oyununda üz-üzə gəlib Sözügedən komandalar “Bakı”nın təlim-məşq bazasında qarşılaşıblar. Matçın taleyini 1 qol həll edib. “Qəbələ” ikinci hissədə Ceyms Adeniyinin vurduğu qol sayəsində meydandan qələbə ilə ayrılıb. Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində doğma meydanda “Neftçi”ylə, “Səbail” isə səfərdə “Qarabağ”la qarşılaşacaq.

 

XƏBƏR LENTİ