Kassano 3-cü dəfə karyerasını başa vurduğunu elan etdi

Sayta qoyulub: 08:53 14.10.2018 (138 dəfə oxunub)

İtaliya millisinin keçmiş üzvü Antonio Kassano karyerasını bitirdiyini elan edib.

 

2016-cı ildən oynamayan 36 yaşlı futbolçu 2017-ci ildə bunu 2 dəfə bəyan etmişdi. Lakin sonradan onun hansısa komandada oynayacağı ilə bağlı xəbərlər yayılmışdı.

 

Bir neçə həftə əvvəl futbolçu Virtus Entella komandasında məşqlərə başlamışdı. Kassanonu sözlərinə görə bu dəfəki karyeranın bitirilməsi ilə bağlı bəyanat sonuncudur və o , futbola qayıtmağı planlaşdırmır.

 

«Məşqlərin son günlərində daim çalışa bilməyəcəyimi anladım.  Oynamaq üçün sənə istedad və azart lazımdır, ən vacibi isə istəkdir. Hazırda mənim başqa prioritetlərim var», – deyə Antonio qeyd edib.

XƏBƏR LENTİ