"Qəbələ"nin keçmiş oyunçusu yenidən Ukrayna klubunda

Sayta qoyulub: 12:15 13.10.2018 (82 dəfə oxunub)

"Qəbələ"nin keçmiş oyunçusu yenidən Ukrayna klubunda

"Qəbələ"nin ukraynalı sabiq futbolçusu Aleksey Qayın yeni klubunun adına aydınlıq gəlib. 35 yaşlı futbolçu vətəninə qayıdıb. Yarımmüdafiəçi Ukrayna Premyer Liqasında çıxış edən Donetsk "Olimpik"i ilə mövsümün sonuna kimi müqavilə bağlayıb.

Qeyd edək ki, Qay 2015/16-cı illərdə "Qəbələ"də çıxış edib. Ukrayna millisinin sabiq üzvünün son klubu Rusiyanın I Divizion təmsilçisi "Kuban" olub.

XƏBƏR LENTİ