Remzi yanvarda Arsenalı tərk etməyəcəyini bildirdi

Sayta qoyulub: 08:46 13.10.2018 (77 dəfə oxunub)

Arsenalın yarımmüdafiəçisi Aaeon Remzi yanvarda komandasını tərk etməyəcəyini bildirib. Futbolçu müqaviləsinin sonuna qədər Srsenalda qalaraq başqa bir kluba azad agent statusunda keçmək istəyir.

 

«Klubda hər şey əladır. Yeni müqavilə ilə bağlı razılıq əldə etdiyimizi düşünmüşdük, amma bu belə deyil.

 

İndi mənim vəzifəm oynamağımı davam etdirmək və Arsenalın uğurları üçün əlimdən gələni etməkdir. Sonra isə buranə tərk edəcəyəm.

 

Klub öz qərarını verib. Mən də sadiqliyimi nümayiş etdirib müqaviləni sona qədər yerinə yetirəcəyəm" - deyə Remzi bildirib.

XƏBƏR LENTİ