Monakonun baş məşqçisi məlum oldu

Sayta qoyulub: 14:05 12.10.2018 (237 dəfə oxunub)

Əfsanəvi fransız futbolçu Tyerri Anri artıq bazar ertəsi Monakonun baş məşqçisi təyin edilə bilər. Bu barədə xəbəri L’Equipe yayıb. Məlumata görə sabah Anri Belçika millisinin baş məşqçi köməkçisi vəzifəsini tərk edəcək.Məlumata görə Abri özünə köməkçi kimi Renn klubunun ehtiyat komandasının çalışdırıcısı Jülyen Stefanı gətirəcək.


Xatırladaq ki, Monako 2 gün əvvəl Leonardu Jardimi istefaya göndərmişdi. Bunun üçün klub portuqaliyalı mütəxəssisə 7 milyon avro təzminat ödəyib.

XƏBƏR LENTİ