Bukmekerlər Modriçi "Qızıl top"a əsas namizəd sayır

Sayta qoyulub: 13:59 12.10.2018 (138 dəfə oxunub)

Qızıl top-un sahibini əvvəlcədən tapmaq istəyənlər üçün bukmeker kontorları əmsalları dərc edib.

 

Onların fikrincəmükafatın favoriyi Luka Modriçdir. Xorvat futbolçunun qələbəsi 1,50 qiymətləndirilir.Xatırladaq ki, bu il o, Realın heyətində ÇL-ın qalibi olmuş və Xorvatiya millisi ilə mundialın finalına yüksəlib.

 

Modriçin əsas rəqibi Kriştiano Ronaldo (4.00) və Antuan Qrizman (7.50). Məhəmməd Salax və Lionel Messinin şansları 11.00 qiymətləndirlir.

 

Qeyd edək ki, mükafat dekabrın 3-də öz sahibini tapacaq.

XƏBƏR LENTİ