Maltanın kapitanı Azərbaycana qarşı oynamayacaq

Sayta qoyulub: 09:14 12.10.2018 (90 dəfə oxunub)

Maltanın kapitanı Azərbaycana qarşı oynamayacaq
 

UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunda səfərdə Kosovoya 1-3 hesabı ilə uduzan Malta yığması Azərbaycan millisi ilə oyun öncəsi ciddi itki ilə üzləşib. Komandanın kapitanı Maykl Mifsud matçın 70-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən də milli tarixinin ən çox qol vuran futbolçusu Bakıda keçiriləcək oyunu buraxmaq məcburiyyətində qalacaq. 37 yaşlı forvard Farer adaları və Kosovo ilə cavab oyunlarıda meydana çıxa biləcək.

Qeyd edək ki, Azərbaycan - Malta matçı oktyabrın 14-ü, saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

XƏBƏR LENTİ