"Kosovoya çatmağa gücümüz var" - Rüfət Dadaşov

Sayta qoyulub: 08:58 12.10.2018 (124 dəfə oxunub)

"Kosovoya çatmağa gücümüz var" - Rüfət Dadaşov

 

 
"Yaxşı oyun alındı. Çalışırdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək". Bu sözləri Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasında Farer adalarına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. "Fikrimcə, baş məşqçinin tapşırıqlarını uğurla yerinə yetirdik. Önəmli deyil, qol vurdum, ya yox. Əsas qələbə qazanmaq və Azərbaycan futbolsevərlərini sevindirmək idi. Bu matçı unudub Malta ilə qarşılaşmaya köklənməliyik" -  deyə o bildirib. Rüfət 4 illik fasilədən sonra millimizə dönüşünü qol ötürməsi ilə qeyd edib. Onun ötürməsindən sonra D.Nazarov fərqlənib. Dadaşov bu qolu belə şərh edib: "Dəqiq bilirdim ki, həmin mövqeyə Dmitri Nazarov açılacaq. Fiziki durumumuza gəlincə, Maltayla matçadək bərpa oluna bilərik. Axı, biz peşəkarıq. Kosovoya çatmağa gücümüz var. Qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq". Qeyd edək ki, hazırda qrup lideri olan Kosovodan 2 xal geri qalan millimiz Maltanı oktyabrın 14-də Bakı Olimpiya Stadionunda qəbul edəcək.

XƏBƏR LENTİ