"Qəbələ"nin iki futbolçusu sıraya döndü

Sayta qoyulub: 19:00 11.10.2018 (63 dəfə oxunub)

"Qəbələ"nin iki futbolçusu sıraya döndü
 

“Qəbələ” hazırda uğursuzluq zolağındadı. Azərbaycan futbolunun son  illər üçün ən öndəgələn komandalarıdnan olan Qəbələ bu vəziyyətdən çıxmağın yollarını axtarır. Topaz Premyer Liqasında yaranmış fasilədən sonra dərhal lider “Neftçi” ilə üz-üzə gələcək komanda iki xəbərə sevinir. Belə ki, 23 sentyabrdan zədəli olan Elvin Camalov artıq geri dönüb. Son vaxtlar ən yaxşı formada olan azərbaycanlı futbolçu Təmkin Xəlilzadə isə cəza müddətini başa vurub. Onun da “Neftçi”yə qarşı oynamasında heç bir problem yoxdur. 

XƏBƏR LENTİ