"Arsenal"ın futbolçusu üçün daha bir müştəri

Sayta qoyulub: 07:53 11.10.2018 (180 dəfə oxunub)

Mövsümün sonunda “Arsenal”la müqaviləsi başa çatacaq Aaron Remsini heyətində görmək istəyən klubların sayı artmaqdadır.


 “Liverpul”dan sonra “Maçester Yunayted” də uelsli futbolçuuğrunda mübarizəyə qoşulub. 27 yaşlı oyunçunun London klubu ilə sözləşməsi yayda başa çatsa da, “qırmızı şeytanlar” mövsümün sonunu gözləmək fikrində deyil. Mankunyanlar qış transfer pəncərəsində təcrübəli yarımmüdafiəçinin keçidini həll etmək istəyir.


Qeyd edək ki, bu mövsüm 8 Premyer Liqa oyununda meydana çıxan Remzi 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

 

"Arsenal"ın futbolçusu üçün daha bir müştəri

 

 

 

 

qol.az

XƏBƏR LENTİ