"Lider olmaq üçün mənə kapitanlıq sarğısı lazım deyil"

Sayta qoyulub: 07:35 11.10.2018 (144 dəfə oxunub)

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba Fransa millisindən komanda yoldaşı Adil Raminin onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.


Xoş sözlər üçün həmkarına təşəkkür edən futbolçu lider olmaq üçün kapitanlıq sarğısına ehtiyacı olmadığını söyləyib:


“Belə sözlər eşitmək mənim üçün çox xoşdur. Ancaq mən ilk növbədə meydanda komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Çünki meydanda özümə inanmağıma onlar kömək edirlər. Heç vaxt Fransa millisində kapitanlıq sarğısını daşımamışam. Lider olmaq üçün mənə sarğı lazım deyil. Aparıcı oyunçular fərqli olurlar: bəziləri öz sözləri ilə yoldaşlarını ruhlandırır, bəziləri isə öz hərəkətləri ilə komandanı irəli aparır”.


Qeyd edək ki, bir müddət öncə “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Poqbanı kapitanlıqdan məhrum edib.

 

 

"Lider olmaq üçün mənə kapitanlıq sarğısı lazım deyil"

 

 

 

qol.az

XƏBƏR LENTİ