Voleybol millimiz Türkiyəyə də uduzdu

Sayta qoyulub: 08:07 10.10.2018 (80 dəfə oxunub)

Voleybol millimiz Türkiyəyə də uduzdu
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində üçüncü oyunda da uduzub. Osaka şəhərində baş tutan görüş "ay-ulduzlular”ın qələbəsi ilə başa çatıb – 3:1 (26:24, 25:17, 22:25, 25:21).
Qeyd edək ki, bunadək İtaliya və Çin yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra III mərhələyə vəsiqə qazanmaq şansını itirib. 

XƏBƏR LENTİ