"Messi və Suaresin olduğu komandada əsas heyətə düşmək çətindir"

Sayta qoyulub: 07:32 10.10.2018 (166 dəfə oxunub)

“Barselona”nın hücumçusu Pako Alkaser mövsümün əvvəlində Dortmund “Borussiya”sına keçidinin səbəbini açıqlayıb.


25 yaşlı futbolçu bu addımı oyun təcrübəsi qazanmaq üçün atdığını bildirib:


“Messi və Suaresin oynadığı komandada əsas heyətə düşmək çətindir. Öz qərarımdan razıyam. İlk gündən burada hamı mənə kömək etməyə çalışır. Bundesliqaya yaxşı uyğunlaşdım. Burada hər şey xoşuma gəlir. “Borussiya”da göstərdiyim oyun məni qane edir. Bu səviyyədə oynamağa davam etməliyəm. Mənim işim komandaya kömək etməkdir. Meydana çıxanda bu imkandan maksimum yararlanmağa çalışıram”.


Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan Alkaser bu mövsümü icarə əsasında “Borussiya”da keçirəcək.

 

"Messi və Suaresin olduğu komandada əsas heyətə düşmək çətindir"

 

 

 

 

qol.az

XƏBƏR LENTİ