İvan Yuriç üçüncü dəfə İtaliya klubunun baş məşqçisi olub

Sayta qoyulub: 07:28 10.10.2018 (123 dəfə oxunub)

İtaliyanın "Cenoa" klubunda baş məşqçi dəyişikliyi olub. 

Komanda Davide Ballardini ilə yollarını ayırıb. Bu postda onun yerinə xorvatiyalı İvan Yuriç təyin olunub. Onunla razılaşmanın detalları hələ ki, bəlli deyil. 

Qeyd edək ki, "Cenoa" İtaliya A Seriyasında 12 xalla 12-ci pillədədir. İvan Yuriç artıq üçüncüI dəfə bu komandaya baş məşqçi təyin olunur. O, 2017-ci ildə iki dəfə bu komandadakı vəzifəsindən qovulub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

report

XƏBƏR LENTİ