Azərbaycan idmançısı Olimpiadada bürünc medal qazandı

Sayta qoyulub: 07:27 10.10.2018 (131 dəfə oxunub)

Azərbaycan idmançısı Olimpiadada bürünc medal qazandı
Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb. 63 kq çəki dərəcəsində yer alan taekvondoçu Cavad Ağayev bürünc medala sahib olub. O, ilk görüşündə cənubi sudanlı Stefan Atemi, 1/4 finalda iranlı Hamed Əsgəri Mahiabadini yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda Ağayevin qarşısını cənubi koreyalı Ço Vun Hu kəsib. Beləliklə, azərbaycanlı idmançı bürünc medal əldə edib. Qeyd edək ki, daha əvvəl cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində olimpiya çempionu olub. 
 

XƏBƏR LENTİ