Kokorin və Mamayev həbs edildilər

Sayta qoyulub: 13:45 09.10.2018 (187 dəfə oxunub)

Rusiya millisinin futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev həbs ediliblər. Bu barədə Rusiya mətbuatı məlumat verib.

 

Xatırladaq ki, dünən futbolçular səhər tezdən Arbatda 2 nəfəri döyüblər. Döyülən şəxslər də vəzifəli adamlar olub. Hadisə zamanı Kokorin və Mamayev sərxoş olublar.

 

Bundan əvvəl isə onlar Rusiyanın 1-ci kanalının aparıcısı Olqa Uşakovanın sürücüsünü döyüblər. Hadisəyə artıq Kreml də qarışıb. Nəticədə futbolçuların ciddi cəza alacaqları gözlənilir.

 

Bu gün isə Pavel Mamayevin həyat yoldaşı Alana ərindən boşanmaq üçün ərizə verib. Qeyd edək ki, hazırda Zenit Kokorinlə , Krasnodar da Mamayevlə müqaviləni birtəfli pozmağın yollarını axtarır.



Kokorin və Mamayev həbs edildilər

XƏBƏR LENTİ