Renat Dadaşov millidən imtina edib?

Sayta qoyulub: 13:00 09.10.2018 (181 dəfə oxunub)

Renat Dadaşov millidən imtina edib?
 

21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da səfərdə Norveç yığması ilə qarşılaşacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi komandamız artıq bu oyunun hazırlıqlarına başlayıb. 

Rəşad Sadıqov seçmə mərhələdəki sonuncu oyun üçün milliyə 24 futbolçu dəvət edib.  Bu futbolçulardan 4-ü ölkə xaricində top qovur: Ozan Can Kökçü ("Girəsunspor", Türkiyə), Fərid Nəbiyev ("Slaviya", Çexiya), Ziya Əzizov ("Niymegen", Hollandiya), Barış Ekincier ("Bohum", Almaniya). 

Maraqlıdır ki, Rəşad Sadıqov millimizin əsas qol silahı olan Renat Dadaşovu kənarda qoyub.  Əslində, AFFA Renatın məxsus olduğu Portuqaliyanın "Eştoril" klubuna rəsmi məktub göndərib və klub 3 gün öncə futbolçusunun milliyə dəvət aldığını açıqlayıb.  Lakin sonradan Renatın adı milliyə dəvət alan futbolçular siyahısından çıxarılıb.  

Əldə etdiyimiz məlumata görə, gənc hücumçu millinin dəvətindən özü imtina edib.  O, Norveçlə oyunun heç bir əhəmiyyətinin olmadığını, klubda əsas heyət uğrunda mübarizə apardığı üçün bələ qərar qəbul etdiyini bildirib.  Bundan başqa, millimizin baş məşqçisi futbolçunu intizamsız hərəkətlərinə görə milliyə dəvət etməkdə israrlı olmayıb. Qeyd edək ki, yığmamızın Norveçlə oyunu Bakı vaxtı ilə saat 20:15-də başlayacaq. 

Futbol11.az

XƏBƏR LENTİ