Təcrübəli futbolçular Region Liqası klubuna axışır

Sayta qoyulub: 12:55 09.10.2018 (145 dəfə oxunub)

Təcrübəli futbolçular Region Liqası klubuna axışır
 

Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq üzvü Vüqar Nadirov bir müddət öncə Həvəskar Liqada çıxış edən “Baku City” klubu ilə anlaşıb. Onun bu qərarı kifayət qədər ajiotaj yaradıb. Nadirovun ardından daha bir neçə təcrübəli oyunçu analoji addımı atıb. “Xəzər Lənkəran”ın sabiq üzvü Kamran Abdullazadə, “Rəvan” və “Kəpəz” klublarındakı çıxışlarından tanıdığımız Ceyhun Cavadov, eləcə də digər təcrübəli oyunçu, “Rəvan”, AZAL kimi klubların sabiq üzvü Hüseyn Axundov da Vüqarın ardınca “Baku City” komandasına yollanıb.  Qeyd edək ki, "Baku City" Region Liqasında keçirdiyi ilk oyunda qələbə qazanıb.  

XƏBƏR LENTİ